BDU THİK 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

07/03/2017

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU THİK sədri Daşqın Qənbərov qeyd edib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıb, sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər

Çıxış edən sədr müavini Etibar Əhmədov bu bayramın tarixindən söz açıb və xanımları təbrik edib.

Tədbirin sonunda bir qrup xanım tələbə “Dövlət Gənclər siyasətinin reallaşmasında fəal mövqeyinə görə” fəxri fərmanla təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 07 mart 2017-ci il

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026