BDU THİK nəzdində fəaliyyət göstərən Debat klubunun turniri yekunlaşıb

09/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən Debat klubunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Ənənəvi təhsil distant təhsil sistemindən daha effektivdir” mövzusunda 44-cü daxili turniri keçirilib. Üç gün davam edən turnirdə Azərbaycan bölməsi üzrə 20 komanda, rus bölməsi üzrə 8 komanda təlimlərdə öyrəndiklərini tətbiq edərək kubok uğrunda mübarizə aparıblar.

Turnirin açılış və bağlanış mərasimlərində BDU THİK sədri Hacıbaba Mustafayev, BDU Debat klubunun sədri Nadir Rzalı, Debat klubun məzun debatçıları - hakim, təlimçi və məşqçilər Seyidməmməd Məmmədzadə, Hamlet Ağayev, Kamran Mustafayev, Sona Cəlilli, Səyyarə Qurbanlı, Emil Zadayev, Hüseyn Hüseynov və digərləri çıxış edərək yeni debatçılara uğurlar arzulayıblar.

Azərbaycan bölməsi üzrə “Renessans” və “Valeez 19” komandaları, rus bölməsi üzrə “Niyə də yox?” və “Saxlasın” komandaları final mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan bölməsi üzrə “Valeez 19”, rus bölməsi üzrə “Niyə də yox” komandaları 44-cü daxili turnirin çempionu olublar. Hər iki bölmə üzrə ən yaxşı 10 natiq, finalçılar və qaliblər sertifikat və medallarla təltif ediliblər.

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026