BDU THİK “Üç rəngin kölgəsində” adlı fləşmob keçirib

08/11/2019

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi "Üç rəngin kölgəsində!" adlı fləşmob keçirib. Fləşmobun məqsədi BDU-nun 24 mindən çox tələbəsinin diqqətini 9 noyabr Dövlət Bayraq Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə dəstək vermək olub.

BDU THİK sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq "Bayraq Könüllüsü" adlı könüllü heyətinin formalaşdırıldığını deyib. Fləşmob çərçivəsində 2000-dən çox pəncərədən Azərbaycan Respublikasının Dövlət Bayrağı asılıb. Həmçinin rəsm klubunun fəalları 300-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər.

Sosial mediada sürətlə paylaşılan fləşmobun rəsmləri və videoları böyük marağa səbəb olub, BDU-nun 30 mindən çox müəllim və tələbə heyəti tərəfindən xüsusi maraqla qarşılanıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026