BDU Tələbə Gənclər Təşkilatı “Azərbaycan – gözəl diyar!” adlı layihə həyata keçirir
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birlik, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan – gözəl diyar!” adlı layihəni icra edir. Layihə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Birliyinin isə təşkilati dəstəyi ilə əcnəbi tələbələrə Azərbaycan, Qarabağ həqiqətləri haqqında kitablar, bayraqlarlar və köynəklər hədiyyə olunub.
Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələrin Azərbaycanın tarixini və mədəniyyətinı tanıtdırmaqdır. Layihə çərçivəsində əcnəbi tələbənin ölkəmizin regionlarına səfərlər gercəkləşdirilir.
06 – 07 oktyabr 2012-ci il tarixində isə növbəti səfər Gəncə şəhərinə oldu. Azərbaycanın qədim şəhəri olan Gəncədə əcnəbi tələbələr Gəncə şəhər Tarix Diyarşünaslıq muzeyində, Şah Abbas Cümə məscidində, Cavadxanın məhbərəsində oldular. Daha sonra Gəncədə məşhur olan Xan bağında gəzintidə, Çökək hamam kompleksi ilə tanış oldular. Ümummilli liderimiz Heydər Əliyevin xatirə muzeyində olan xaricilər dahi şəxsiyyətin həyat və yaradışılığı ilə yaxından tanış oldular. Bununla yanaşı “Gələcəyə körpü” ictimai birliyin və Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşlər təşkil edildi. Böyük marağa səbəb olan Şüşəli evdədə əcnəbi tələblərə ekskursiya təşkil olundu. Qədim Hüsniyyə məsciddində olan tələblər sonda dahi şair Nizami Gəncəvinin məhbərəsinidə ziyarət etdilər.
Qeyd edək ki, layihədə Nigeriya, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Yaponiyadan olan və Azərbaycanda təhsil alan əcnəbi tələbələr iştrak edirlər. Xarici tələbələrin növbəti səfərləri Şəki və Quba şəhərlərinə təşkil olunacaq.
Mətbuat və İnformasiya şöbəsi, 08 oktyabr 2012-ci il.