BDU THİK beynəlxalq konfransda təmsil olunub

08/06/2021

Beynəlxalq İnsan Hüquqları Komissiyası (IHRC) və Pakistanda fəaliyyət göstərən Sülh naminə Dünya Gənclər Sammitinin (WYSP) birgə təşkilatçılığı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan beynəlxalq konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Hacıbaba Mustafayev iştirak edib. H.Mustafayev çıxışında Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ciddi tədbirlərin görüldüyü haqqında məlumat verib. Regionda yararanan əsas ekoloji problemlərdən birinin də Ermənistan işğalı zamanı Qarabağın təbii resurslarına vurulan zərər olduğunu qeyd edən H.Mustafayev torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu ərazilərdə də bərpa işlərinə başlanıldığını vurğulayıb.

Qeyd edək ki, konfransda Monqolustanın sabiq Prezidenti Tsaxia Elbeqdorj, Ekvadorun ilk qadın Prezidenti Rosalia Arteaga, Mavrikinin sabiq Prezidenti Amina Qurib-Fakim, Pakistanlı Millət Vəkili Rəhman Malik, Maldiv adalarının sabiq xarici işlər naziri Dünya Mamun, Banqladeş Gənclər Parlamenti sədri Sarker Tanvir Əhməd və digər  rəsmilər, ekspertlər və media nümayəndələri iştirak ediblər.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026