BDU THİK "COVID-19 ilə mübarizə” mövzusunda təlim keçirib

11/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Gənc İntellektuallar Məktəbi" layihəsinin ikinci təlimi keçirilib. Bu təlimdə BDU-nun professoru Fərayət Əhmədova tələbələr qarşısında "COVID-19 ilə mübarizə” mövzusunda təqdimatla çıxış edərək viruslar, virusların yayılma səbəbləri, onunla mübarizə ilə bağlı məlumat verib. Professor bəşəriyyətin zaman-zaman kataklizmlərlə müşayiət olunan bir sıra epidemiya və pandemiyalarla üzləşdiyini qeyd edərək bildirib ki, tarixdə dəfələrlə baş qaldıran və qurbanlarının sayının bir neçə yüz milyonu ötdüyü taun, vəba, ispan qripi, quş qripi, malyariya, ebola və digər xəstəliklərə XXI əsrin əvvəlində mənşəcə bir-birinə yaxın olan üç müxtəlif virus - SARS-CoV-1, MERS və SARS-CoV-2 (COVID-19) qoşulub.

Təlimdə yeni növ koronovirus infeksiyasından qorunmağın yolları, əhalinin sağalamlığının qorunması üçün tətbiq olunan mübarizə proqramları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti və vacibliyi haqqında ətraflı bəhs olunub.

Əlavə edək ki, "Gənc İntellektuallar Məktəbi" layihəsi çərçivəsində növbəti görüş məşhur yazıçı Çingiz Abdullayev ilə olacaq.

Təlimlərin keçirilməsində məqsəd tələbələrə özünü inkişaf etdirməyin yollarını izah etmək, onların yeni bilik və bacarıqlar əldə etməklə dövlətimiz və cəmiyyətimiz üçün peşəkar kadr kimi yetişməsinə töhfə verməkdir.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026