BDU THİK Jurnalistika fakültəsinin I kurs tələbələri ilə görüşüb

19/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttıfaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə BDU THİK sədri Hacıbaba Mustafayev, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev, fakültə üzrə THİK sədri Xəyalə Sadıqova iştirak edib.

Görüşdə tələbələrin universitet həyatına, elmə, təhsilə maraqlarını artırmaları tövsiyə edilib. Bununla yanaşı 17 noyabr - Beynəlxalq Tələbələr Günü, onun hansı hadisələrin cərəyan etdiyi bir dövrdə yaranması barəsində tələbələrə məlumat verilib.

Dekan müavini Samir Mirzəyev gələcək həyatlarında daha da uğurlu olmaları üçün tələbələrə öz tövsiyələrini verib. Jurnalistika fakültəsinin gənc tələbələrinə savadlı, aktiv və öz ölkəsinə sadiq vətənpərvər insan kimi yetişmələrini söyləyib. S.Mirzəyev tələbələri elmə, təhsilə və özünüzü inkişaf etdirməyə dəvət edib. Bununla yanaşı, tələbələrə özlərinin necə inkişaf etdirilməsi barədəsində də məlumatlar verib.

Görüş zamanı Hacıbaba Mustafayev THİK-in yaranması, onun fəaliyyəti ilə bağlı tələbələri məlumatlandırıb. Keçirilən layihələrdə, tədbirlərdə daha da aktiv şəkildə iştirak etmələrini bildirib. Özünün jurnalistika üzrə təcrübələrini tələbələrlə bölüşüb. Gələcək də keçiriləcək müsabiqələr və yarışlar barədə tələbələri məlumatlandırıb. Bununla yanaşı tələbələri dil biliklərini və dünyagörüşlərini daha da artırmalarını söyləyib.

Eyni zamanda 44 günlük Vətən müharibəsində jurnalistikanın rolu haqqında da danışılıb. Jurnalistika fakültəsinin müəllimlərinin və tələbələrinin informasiya müharibəsində iştirakı və onların dezinformasiyalarla mübarizə aparması barəsində də tələbələrə məlumat verilib.

Sonda isə fakültə üzrə THİK sədri Xəyalə Sadıqova tələbələrə uğurlar arzulayıb, gələcək işlərində aktiv fəaliyyət göstərməyə çağırıb.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026