BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

08/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU-nun rəqəmsallaşma komandası”nın birgə təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirilib.

Gənclərin rəqəmsal alətlərdən istifadə arealının genişləndirilməsi, qeyd olunan istiqamətdə bacarıqlarının artırılması və nəzəri biliklərin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə keçirilən müsabiqədə ümumilikdə 30 iştirakçıya müxtəlif proqramlaşdırma tapşırıqları və məntiqi suallar verilib. Rəqabətli və interaktiv mühitdə tələbələr öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Nəticələrə əsasən, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehdi Məmmədov  I, II kurs tələbəsi Ömər Abbasov II, I kurs tələbəsi Elşən Məhərrəmov isə III yerə layiq görülüb. Qaliblər diplom, medallar və pul mükafatı ilə təltif olunublar.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026