BDU THİK tələbə yaradıcılığını inkişafına yönələn növbəti tədbirini keçirdi.

18/05/2012

Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi filologiya fakültəsi ilə birlikdə “28 may – Respubilka günü” münasibəti ilə filalogiya fakültəsi tələbələri arasında bir aydan artıq davam etmiş bədii yardıcilliq (şeir, məqalə, rəsm və.s) müsabiqəsinin yekun mükafatlandırma mərasimini keçirib. Mükafatlandırma mərasimini giriş sözü ilə açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev müsabiqənin formatı, iştirakçıların sayı, təqdim edilmiş əsərlər, münsiflər heyətinin tərkibi haqqında məlumat verib. Məlum olub ki, müsabiqəyə 20-dən artıq bədii yaradıcılıq nümunəsi təqdim olunub və fakültənin tanınmış alimləri, kafedra müdirləri münsiflər heyəti kimi əsərləri qiymətləndiriblər. Sonra söz BDU THİK-nin sədri və tədbirin digər təşkilatçısı Daşqın Qənbərova verilib. Daşqın Qənbərov çıxış edərək universitetdə gəclərə yaradılan imkanlardan, rektor Abel Məhərrəmovun qayğı və diqqətindən bəhs edib. Universitetdə gənclərlə bağlı həyata keçirilən siyasətin əsas prioritetlərini iştirakçı gənclərin diqqətinə çatdıran D.Qənbərov hazırki müsabiqənin də bu istiqamətdə xüsusi önəm daşıdığını vurğulayıb. Daha sonra münsiflər heyyətinin üzvü olan fakültənin müəllimləri tədbir haqqında çıxış edib, əhəmiyyətini yüksək qiymətləndirdilər.

  1. Sonda münsiflər heyətinin qalib kimi seçdikləri filologia fakültəsinin II kurs tələbəsi Rzalı Günay Şərafəddin qızına və V kurs tələbəsi Axundova Gülnar Etibar qızına diplom, pul mükafatı, digər fərqlənən tələbələrə isə həvəsləndirici mükafatlar verilib.
Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026