BDU THİK aktiv tələbələri mükafatlandırıb

04/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən BDU-nun ictimai həyatında aktiv fəaliyyət göstərən və fərqlənən tələbə-gənclərə təşəkkürnamələr təqdim olunub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov THİK-in uğurlu fəaliyyətlərindən söz açıb. O, tələbələrin təşəbbüskarlığını və ictimai fəallığını yüksək qiymətləndirib, onların BDU-nun həyatında mühüm rolu olduğunu bildirib.

BDU THİK-in sədri Zöhrab Cavadzadə Komitənin gənclərə verdiyi töhfələrdən bəhs edib. THİK-in son illər aktiv fəaliyyət göstərdiyini və ətrafında daha çox fəal tələbəni birləşdirdiyini vurğulayıb. O qeyd edib ki, THİK-in əsas məqsədi tələbələrin ictimai-sosial həyatlarına təkan vermək, fəaliyyətlərini stimullaşdırmaqdır.

Sonda BDU THİK-in fakültə, departament və klub sədrlərinə və İdarə Heyətinin fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026