BDU THİK Xocalıdan olan tələbələrlə görüş keçirib

26/02/2019

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi Xocalıdan olan və universitetdə təhsil alan bir qrup tələbə ilə görüş keçirib. THİK sədri Daşqın Qənbərov Xocalı soyqırımı, onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində dövlət səviyyəsində, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətindən bəhs edib.
Sonra tələbələr faciə ilə bağlı valideynlərinin, qohumlarının kədərli xatirələrini bölüşüblər.
Sonda BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin Xocalıdan olan tələbələrin nəqliyyat xərclərinin tədris ilinin sonuna qədər ödəniləcəyi barədə qəbul etdiyi qərar diqqətə çatdırılıb və tələb olunan maddi vəsait yüklənmiş kartlar onlara təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 26 fevral 2019-cu il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026