BDU THİK yeni tədris ilinə yeni enerji ilə başladı

19/09/2012

2012-2013-ci tədris ili başlar başlamaz Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi yeni tədris ilində həyata keçiriləcək işləri müzakirə etmək, qarşıda duran hədəfləri müəyyənləşdirmək məqsədi ilə Komitənin genişləndirilmiş iclasını keçirib. İclasda çıxış edən sədr Daşqın Qənbərov Komitənin ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək sözügedən fəaliyyəti daha da genişləndirməyi bir şərt kimi Komitə üzvlərinə bildirdi: - “Biz ötən il ən önəmli tədbirləri həyata keçirdik, çox mühüm layihələrə imza atdıq. Hesab edirəm bu ilki fəaliyyətimizlə daha böyük nailiyyətlər qazanaraq öz uğurlarımızı qalın hərflərlə yazmalıyıq. Bunun üçün isə hər bir Komitə üzvü öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməli ona tapşırılan işə yalnız uğur qazanmaq məqsədi ilə start verməlidir!” Daşqın müəllimin bu çağırışının cavabı özünü çox gözlətmədi. Belə ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi Universitetə yeni qəbul olmuş tələbələrlə görüşlərə start verdi. Hər il olduğu kimi universitet ictimaiyyəti tərəfindən yüksək maraqla qarşılanan I kurs tələbələri ilə görüş tədbirləri bu il də öz aktuallığını qoruyub saxlamışdır. Universitetə yeni qəbul olmuş 4000-nə yaxın tələbəni əhatə edən görüşlər həm tələbələr üçün, həm də komitə üçün mühüm əhəmiyyət kəsb edir. Sözügedən görüşlərdə tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsi haqqında geniş məlumat verilir, tələbələr universitetin nizam-intizam qaydaları ilə yaxından tanış edilir və tələbələri maraqlandıran bütün suallar Komitə sədri Daşqın Qənbərov tərəfindən şəxsən cavablandırılaraq onlara düzgün istiqamət verilir. Onu da xüsusilə qeyd edək ki, görüş tədbirləri I kurs tələbələri tərəfindən də çox böyük ruh yüksəkliyi ilə qarşılanır. Məhz bu görüşlərin nəticəsidir ki, artıq minlərlə tələbələr Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlüyünə qəbul olmaq üçün ərizə-anketləri doldurmaqdadırlar. Əlbəttə bütün bunlar Tələbə Həmkarlar İttifaqı Komitəsinin yenicə tələbə adı qazanmış gənclərə universitetin ictimai həyatına asanlıqla qoşulmaqları üçün yaratmış olduğu imkanın bariz nümunəsidir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024