BDU THİK-in hazırladığı “Xocalı – insanlığa qarşı cinayət” filminin “Park Cinema”da təqdimatı olub

26/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “MH Films” tərəfindən ərsəyə gətirilən "Xocalı – insanlığa qarşı cinayət” sənədli filminin “Park Cinema”da təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimdə BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri, Dünya Axıska Türkləri Birliyinin təmsilçisi Xalid Xəlilov, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev filmin Xocalı cinayətlərinin beynəlxalq arenada tanıdılması yolunda atılmış addımlardan biri olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Naqif Mirzəyev çıxışında ermənilərin təcavüzkarlıq siyasəti, Xocalı faciəsinin dəhşətlərindən söhbət açıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan aksiyaların böyük əhəmiyyətini diqqətə çatdırıb.

Filmin rejissoru, BDU THİK sədri Hacıbaba Mustafayev "Xocalı – insanlığa qarşı cinayət”in XX əsrin ən dəhşətli soyqırımı barədə həqiqətləri dünyaya çatdıracağını və iki beynəlxalq film festivalında nümayiş etdiriləcəyini deyib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”
08/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir
08/06/2026

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026