BDU THİK-in təşkilatçılığı ilə “Məişət zorakılığı” mövzusunda onlayn tədbir keçirilib

22/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə “Məişət zorakılığı” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU THİK sədri Hacıbaba Mustafayev çıxışında məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil müəssisələrində mühazirə və seminarların təşkilinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq tədbirin önəmini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra məişət zorakılığının hüquqi və kliniki tərifləri izah edilib. Məişət zorakılığının baş vermə formaları, digər zorakılıq halları ilə oxşarlıq təşkil etdiyi qeyd olunub.

Tədbirdə məişət zorakılığına qarşı mübarizə istiqamətində bir sıra praktiki təkliflər irəli sürülüb. Qeyd olunub ki, məişət zorakılığının qarşısının alınması və bu barədə məlumatlılığın artırılması məqsədilə müntəzəm olaraq hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, dövlət qurumların işinin səmərəliliyinin artırılmasına müsbət töhfə verir.

Sonda tədbir iştirakçıları tərəfindən geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.

Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026