BDU THİK-nin genişləndirilmiş iclası

24/09/2013

2013-2014-ci tədris ili başlaması münasibətilə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi yeni tədris ilində həyata keçiriləcək işləri müzakirə etmək, qarşıda duran hədəfləri müəyyənləşdirmək məqsədi ilə Komitənin genişləndirilmiş iclasını keçirib. İclasda çıxış edən sədr Daşqın Qənbərov Komitənin ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək sözügedən fəaliyyəti daha da genişləndirmək haqqında danışıb:  “Biz ötən il ən önəmli tədbirləri həyata keçirdik, çox mühüm layihələrə imza atdıq. Hesab edirəm bu ilki fəaliyyətimizlə daha böyük nailiyyətlər qazanaraq öz uğurlarımızı qalın hərflərlə yazmalıyıq. Bunun üçün isə hər bir Komitə üzvü öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməli ona tapşırılan işə yalnız uğur qazanmaq məqsədi ilə start verməlidir!”

Daha sonra  D.Qənbərov məzun olmuş fakültə sədrlərinin yerinə yeni tələbələri seçmək üçün seçkilər keçirilməsi və 1-ci kurs tələbələri ilə görüşlərin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Tədbir sonda iştirakçıların maraqlı müzakirələri ilə sona çatıb.

Mətbuat və informasiya şöbəsi, 24 sentyabr 2013-cü il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026