BDU təhsilin keyfiyyətini artırmaq üçün beynəlxalq “BLACKBOARD” elektron təhsil sisteminin tətbiqinə başlayır

19/05/2021

Bakı Dövlət Universiteti (BDU) Amerika Birləşmiş Ştatlarının təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkəti ilə tərəfdaş olub.
"Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə ilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradacaq.  
Elektron idarəetmə sisteminin təkmilləşdirilməsi üçün “Blackboard Learn”, “Virtual Classroom Solution”, “Collaborate”, “Accessibility Solution” və “Blackboard Ally” kimi komponentlərindən istifadə olunacaq.  
“Blackboard”, Azərbaycanın ADA Universiteti də daxil olmaqla dünyanın bir çox universitetlərində istifadə edilir. Sistem Universitetdə beynəlxalq təcrübənin tətbiqinə, e-təhsilin təkmilləşdirilməsinə  və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradacaq. “Blackboard” şirkəti üçün mühüm yerli tərəfdaşlardan biri hesab edilən Bakı Dövlət Universitetində şirkət tərəfindən təklif olunan xidmətlərin böyük əksəriyyətinin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, “Blackboard” dünyanın əksər bölgələrində ali təhsil, K-12, biznes və dövlət sektorundakı müştərilərə xidmət göstərən aparıcı rəqəmsal təhsil-texnologiya şirkətidir. “Blackboard”un missiyası tələbə və universitet səviyyəsində uğur qazanmaq, innovativ texnologiya və xidmətlərdən maksimum yararlanmaq üçün qlobal təhsil cəmiyyəti ilə tərəfdaşlığa nail olmaqdır.

https://press.blackboard.com/2021

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026