Bakıda Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransı öz işinə başlayıb

20/04/2018

Aprelin 19-da Bakıda Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransı işinə başlayıb.

Tədbirə ev sahibliyi edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı salamlama nitqi ilə çıxış edərək onun işinə uğurlar arzulayıb. Azərbaycan Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakıda konfransın nəcib məqsədlərə xidmət etdiyini qeyd edib. 
Qeyd edək ki, konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edir.
Konfrans çərçivəsində Azərbaycanda fəaliyyət göstərən universitetlərin təqdim etdiyi təhsil xidmətləri və nailiyyətlərini əks etdirən sərgi təşkil olunub.Sərgidə Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov və sədr müavini Leyla Kazımova iştirak edib. Sərgi müddətində İsmayıl Kərimiv müxtəlif ölkələrdən gələn nümayəndələrə Bakı Dövlət Universitetinin tarixi, tədris olunan ixtisaslar və tələbə kollektivi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.

Mətbuat və informasiya şöbəsi, 20 aprel 2018-ci il.

Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026