BDU tələbələri “2023 – Heydər Əliyev İli” adlı kitab sərgisini ziyarət ediblər

15/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev ili” adlı kitab sərgisini ziyarət ediblər.

BDU tələbələrini sərgi ilə tanış edən Milli Kitabxananın direktor müavini, tarixi üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kitabxana quruculuğundakı mühüm xidmətlərindən, bu sahənin bir sistem kimi formalaşmasındakı əvəzsiz rolundan bəhs edib. Bildirib ki, Ulu Öndər hər zaman Milli Kitabxanaya xüsusi diqqət və qayğı göstərib, kitabxananın maddi-texniki bazasının, kadr potensialının və kitab fondunun formalaşmasına mühüm töhfələr verib. Tələbələr “2023 – Heydər Əliyev İli” adlı geniş kitab sərgisi ilə yanaşı, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan xalqının Ümummilli Lideri – Heydər Əliyev” adlı elektron məlumat bazası ilə də tanış olublar.

Qeyd edək ki, “Azərbaycan xalqının Ümummilli Lideri – Heydər Əliyev” adlı elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/H.Aliyev/index.htm linkindən istifadə edə bilərlər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026