BDU tələbələri ADA Universitetində praktik dərsdə

08/04/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə II kurs tələbələri ADA Universitetinin Kitabxana-İnformasiya Mərkəzində praktik dərsdə iştirak ediblər. Praktik dərs Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə “Elektron kataloq” fənni çərçivəsində keçirilib. Məşğələnin məqsədi tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək və onları müasir kitabxana-informasiya xidmətləri ilə yaxından tanış etmək olub.

Əvvəlcə kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov tələbələrə rəhbərlik etdiyi qurumun fəaliyyəti, əsas iş prinsipləri, sənəd dövriyyəsi, fondu barədə ətraflı məlumat verib. Direktor kitabxanada elektron xidmətlərin inkişafı, elektron kitabxananın formalaşdırılması, nəşrlərin rəqəmsallaşdırılması haqqında danışıb. Bildirib ki, rəhbərlik etdiyi kitabxana bu istiqamətlərdə mühüm nəticələr əldə edib və bu proses davamlı olaraq təkmilləşdirilir.

Praktik dərs çərçivəsində tələbələr ADA Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin şöbələri ilə tanış olublar. Mərkəzin əməkdaşları Vəfa Məmmədova və Müşfiq İmamverdiyev yeni iş metodları, kitabxana fondunun təşkili və elektron resurslardan istifadə imkanları barədə bəhs ediblər. Tələbələr elektron kataloq sisteminin işləmə prinsipi və informasiya axtarışının təşkili haqqında məlumatlandırılıblar. Daha sonra onlar kitabxananın müxtəlif bölmələrində elektron kataloq vasitəsilə informasiya axtarışı və kitabxana resurslarından istifadə prosesində iştirak ediblər.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026