BDU tələbələri Ağdam şəhərinə təşkil olunan səfərdə iştirak ediblər

16/08/2021

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil edilib.

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının da təmsil olunduğu səfərdə ökəmizdə fəaliyyət göstərən 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənahəli xanın imarətini, İmarət stadionunu, Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, Ağdam şəhərinin tarixi mədəniyyət abidələri ilə tanış olublar.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Nümayəndə heyətinin üzvləri Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov gənclərə Ağdam şəhərinin baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026