BDU tələbələri “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının fəaliyyəti barədə məlumatlandırılıb

18/11/2025

“AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr üçün infosessiya keçirib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “AIESEC Azərbaycan”ın həyata keçirdiyi layihələrin gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin BDU TGT-nin Universitet tələbələrinin karyerasının formalaşmasında və sosial fəallığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

“AIESEC Azərbaycan”ın marketinq və ictimaiyyətlə əlaqələr komitəsinin sədri Nazənin Məmmədli tələbələrə qurumun fəaliyyət istiqamətləri, beynəlxalq proqramları və təşkilata qoşulma prosesini izah edib. Bildirib ki, “AIESEC”in tələbələr üçün təqdim etdiyi xaricdə könüllülük, maaşlı təcrübə və liderlik proqramları iştirakçılara fərdi inkişaf, yeni mədəniyyətlərlə tanışlıq və qlobal şəbəkə qurmaq baxımından geniş imkanlar yaradır.

İnfosessiya interaktiv müzakirələrlə davam edib.

Qeyd edək ki, “AIESEC” dünyanın 130-dək ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026