BDU tələbələri Almatıda ICESCO-nun Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunda

08/09/2025

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Qazaxıstanın Almatı şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Əl-Fərabi adına Qazax Milli Universiteti tərəfindən təşkil olunan Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunda ("Model Satellite – CanSat Training Workshop & Aerospace Symposium") iştirak edirlər.

Tədbirdə ölkəmizi təmsil edən BDU tələbələri “CanSat” model peykini layihələndirəcək və hazırlayacaqlar. Hazırlanacaq cihaz səmaya buraxıldıqdan sonra yerə düşənə qədər hava parametrlərini ölçmək, səmada çəkiliş aparmaq və bütün məlumatları real vaxt rejimində Yer İdarəetmə Stansiyasına (YİS) ötürmək imkanına malikdir.

Simpozium çərçivəsində iştirakçılara mütəxəssislər, ekspertlər və aerokosmik mühəndislər tərəfindən “CanSat”ların dizaynı, yığımı və sınaqdan keçirilməsi üzrə təlimlər təqdim ediləcək, eləcə də aerokosmik texnologiya sahəsində tədqiqat və inkişafı təşviq etmək məqsədilə agentliklərlə qarşılıqlı əməkdaşlıq imkanları yaradılacaq.

Tədbirdə aparılan müzakirə və təlimlər, xüsusilə Günəş fizikası, Günəş sistemi obyektlərinin tədqiqi, Günəş-Yer əlaqələrinin öyrənilməsi, kosmik hava monitorinqi, Yer müşahidəsi və kosmik məlumatların emalı sahələrində tədqiqat fəaliyyətləri üçün əhəmiyyətlidir.

Simpozium və təlimlər 11 sentyabr tarixinədək davam edəcək.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026