BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər

28/04/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev əvvəlcə kitabxananın tarixi, strukturu, fəaliyyəti barədə tələbələrə məlumat verib. O vurğulayıb ki, kitabxananın yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib.

Kitabxanada 2021-ci ildən fəaliyyət göstərən “Qarabağ Qəhrəmanları Fondu” barədə məlumat verən Məmməd Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra yaradılmış fond Azərbaycan kitabxana sistemində bir ilk hesab olunur. Vətən müharibəsi qəhrəmanlarının irsinin təbliğində və eyni zamanda əbədiləşdirilməsində fondun mühüm əhəmiyyətə malik olduğunu deyən Məmməd Əliyev qeyd edib ki, fondda Birinci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb, baza davamlı olaraq yenilənir və təkmilləşdirilir: “Fondda olan nəşrlər həmçinin elektron kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, bu istiqamətdə aparılan tədqiqatlar yer alıb. Əminəm ki, bu mövzu ilə bağlı gələcəkdə dərc ediləcək məqalələr, elmi nəşrlər, müdafiə olunacaq dissertasiyalarla fond daha da zənginləşəcək”.

Ziyarət zamanı tələbələr fondda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində müharibə iştirakçılarının fotoları, şəhidlərimizin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunmuş kitablardan ibarət kolleksiya,  Azərbaycan Respublikasının xəritəsi üzərində şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, digər maraqlı məlumat və eksponatlarla tanış olublar.

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024