BDU tələbələri Aqrar Xidmətlər Agentliyində istehsalat təcrübəsində

04/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisasının rus bölməsi üzrə IV kurs tələbələrinin Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mərkəzi laboratoriyasında istehsalat təcrübəsi davam edir.

Tələbələr təcrübə dövründə torpaqlarda icra olunan aqrokimyəvi analizlərin nəzəri əsasları, torpaq nümunələrinin qeydiyyatı, analizə hazırlıq proseslərini mənimsəyəcəklər.

Tələbələr həmçinin pH, Ec, ümumi azot, mənimsənilə bilən fosfor, orqanik karbon, kirəc, aqrofiziki parametrlər olan qranulometrik tərkib, tarla su tutumu, hoqroskopik nəmlik və s. aqrokimyəvi analizlərin aparılması prosesində iştirak edəcək, müasir cihazlardan istifadə etməklə təhlilini öyrənəcəklər.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026