BDU tələbələri arasında esse müsabiqəsi - “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU”

28/02/2023

BAKI DÖVLƏT UNİVERSİTETİ

tələbələr arasında

Ümummilli Lider Heydər Əliyevin

100 illik yubileyinə həsr olunmuş

“HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU”

adlı esse müsabiqəsi elan edir

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.

Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

I yer – 700 manat;

II yer – 500 manat;

III yer – 300 manat.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89

e-mail: press-service@bsu.edu.az

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026