BDU tələbələri arasında “Qarabağa bahar gəldi” adlı rəsm müsabiqəsi elan edilib

04/03/2024

BAKI DÖVLƏT UNİVERSİTETİ tələbələr arasında Novruz bayramına həsr olunmuş “Qarabağa bahar gəldi” adlı rəsm müsabiqəsi elan edir

Müsabiqədə iştirak etmək istəyən tələbələr mart ayının 15-dək Novruz bayramı mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə təqdim etməlidirlər.

Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Tələblər:

Müsabiqəyə A3 formatında və ya daha böyük, yağlı boya, akvarel ilə çəkilmiş rəsm əsərləri  qəbul olunacaq.

Əlavə məlumat üçün +994125390364 nömrəsi ilə əlaqə saxlaya və ya Mədəniyyət-yaradıcılıq Mərkəzinə yaxınlaşa bilərsiniz.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026