BDU tələbələri arasında Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi elan edilib

18/10/2022

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi elan edib.

Müsabiqəyə 44 günlük Vətən müharibəsində parlaq Zəfərimizi, uzun illər həsrətində olduğumuz torpaqlarımızın səfalı təbiətini, qəhrəman əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur.

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Rəsmlər müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 2022-ci il noyabr ayının 2-dək BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinə təqdim olunmalıdır.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026