BDU tələbələri "Araz Supermarket” MMC-də istehsalat təcrübəsində

12/05/2026

Bakı Dövlət Universitetinin (BDU) müvafiq ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri "Araz Supermarket” MMC-də istehsalat təcrübəsi proqramında iştirak edirlər. Proqram tələbələrin nəzəri biliklərini real istehsalat və biznes mühitində tətbiq etməsi, həmçinin onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.

Təcrübə müddətində tələbələr ət emalı sahəsi, qənnadı fabriki, logistika mərkəzinin fəaliyyəti, paketləmə prosesi, həmçinin “Araz” supermarketlər şəbəkəsinin iş prinsipləri ilə tanış olurlar. Bununla yanaşı, onlar tədarükçülərin qiymətləndirilməsi, məhsulların keyfiyyətinə nəzarət, qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması prosesləri barədə də praktiki məlumat əldə edirlər.

Proqram çərçivəsində şirkətin insan resursları və biznesə dəstək üzrə direktoru Pərviz Qasımov tələbələrlə görüşərək onların təcrübə müddətində əldə etdikləri ilkin təəssüratlar və qazandıqları biliklər barədə fikirlərini dinləyib. Görüş zamanı tələbələr üçün yaradılan iş mühiti, praktiki biliklərin artırılması imkanları və gələcək peşəkar inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026