BDU tələbələri arxeobotanika və rəqəmsal arxeologiyaya dair təqdimat ediblər

20/02/2026

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc arxeoloq” dərnəyinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm gününə həsr olunmuş “Arxeologiyada multidisiplinar tədqiqatlar” mövzusunda elmi tədbir keçirilib.

Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, dərnəyin qurucusu, dosent Tarix Dostiyev arxeologiyanın müasir elmlərlə inteqrasiyasının vacibliyini vurğulayıb. Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Məmmədağa Baxışov multidisiplinar yanaşmaların gənc tədqiqatçıların elmi fəaliyyətində və gələcək araşdırmalarında mühüm rol oynadığını qeyd edib.

Elmi tədbirdə Tarix fakültəsinin II kurs tələbəsi Maral Əlizadə “Arxeobotanika” mövzusunda məruzə edib. O, qədim yaşayış məskənlərinin tədqiqində bitki qalıqlarının analizinin əhəmiyyətini vurğulayaraq, bu sahənin tarixşünaslıq və arxeologiya üçün yeni məlumat mənbələri yaratdığını diqqətə çatdırıb. Digər məruzəçi - Tarix fakültəsinin II kurs tələbəsi İsrayıl Xeyrullayev isə “Rəqəmsal arxeologiyaya giriş” mövzusunda təqdimatında elektron xəritələşdirmə, 3D modelləşdirmə və müasir texnologiyaların arxeoloji tədqiqatlarda tətbiqi imkanlarından bəhs edib.

Tədbirin sonunda iştirakçılar arasında geniş müzakirələr aparılıb, multidisiplinar yanaşmanın arxeologiya elminin inkişafında mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

Xəbərlər

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026