BDU tələbələri “Autizm və onunla mübarizə” adlı sosial layihədə iştirak ediblər

23/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tələbələri sosial layihələrdə aktiv iştirak edirlər. Belə ki, 13 yaşlı autizmli yeniyetmə Sərvət Əhmədin valideyni Şəhla Əhməd və “International Language and Business Center” Tədris Mərkəzi BDU rəhbərliyinə müraciət edib. Məktubda BDU rəhbərliyindən yeniyetmənin inkişaf proqramına dəstək məqsədi ilə könüllü tələbələrin cəlb edilməsinə köməklik göstərilməsi xahiş olunub. Müraciətə cavab olaraq fakültənin tələbələrinin “International Language and Business Center” tərəfindən keçirilən “Autizm və onunla mübarizə” adlı sosial layihədə iştirakı təmin edilib.

Layihəyə qoşulan tələbələrə Mərkəz əməkdaşları tərəfindən təlimlər və onların autizmli yeniyetmə ilə praktik məşğul olmalarına nəzarət həyata keçirilib. Proqramda iştirak edən tələbələrin təlim müddəti üç ay davam edib. Təlimlər Azərbaycan, rus və ingilis dillərində aparılıb. Tələbələr təlim ərzində autizmlə bağlı nəzəri biliklərə yiyələnib,  bu xəstəliyi daşıyan şəxslərlə düzgün çalışma formalarını öyrəniblər. Üç ay davam edən təlim prosesinin son iki ayında tələbələr mütəxəssislərin nəzarəti altında Əhməd Sərvətlə praktik olaraq məşğul olublar.

Təlimin sonunda tələbələrin “International Language and Business Center” Tədris Mərkəzi ilə əməkdaşlığına həsr olunmuş tədbir keçirilib. Təlimlərdə fəal iştirak edən tələbələrə sertifikatlar verilib. Təlim müddətində fərqlənən tələbələrdən bir neçəsinin Mərkəzdə işlə təmin edilməsi nəzərdə tutulub.

 

Xəbərlər

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür
02/04/2026

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”
02/04/2026

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş 

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş
02/04/2026