BDU tələbələri “Azerbaijan Fish Farm” MMC-də

23/05/2023

IDEA İctimai Birliyi və “Azerbaijan Fish Farm” MMC-nin tərəfindən Bakı Dövlət Universitetinin (BDU) bir qrup magistrantı üçün Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Neftçala rayonunda yerləşən Xıllı Nərə Balıqartırma Zavoduna məlumatlandırıcı tur təşkil edilib.

Tur zamanı BDU-nun Biologiya fakültəsinin magistrantları və akademik heyəti dayanıqlı üsullarla ekoloji cəhətdən təmiz və sağlam dəniz məhsullarının istehsalı prosesi ilə tanış olublar. İştirakçılar üçün akvakultura balıqçılığı və nərəcinsli balıqların yetişdirilməsi haqqında geniş təqdimat nümayiş etdirilib, Xıllı Nərə Balıqartırma Zavodunun təsərrüfat ərazisi və dəniz sahəsinə ekskursiya təşkil olunub.

Tələbələrə nərəkimilər fəsiləsinin növlərinin və alabalığın yetişdirilməsi metodları, eləcə də nərə kürüsünün istehsalı üzrə tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib. Qeyd edilib ki, hazırda dünyada dəniz bioresurslarının qarşılaşdığı təhlükələr fonunda dayanıqlı balıq təsərrüfatının inkişafı həm ətraf mühit, həm iqtisadiyyat, həm də qida təhlükəsizliyi üçün olduqca vacib əhəmiyyət kəsb edir.

 

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026