BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində

06/05/2026

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsini “Azerbaijan International Mining Company Limited” şirkətində davam etdirirlər. Təcrübədə “Geologiya”, “Geologiya və geofizika mühəndisliyi”, “Mədən mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Təcrübə müddətində tələbələr mədən mühitində aparılan iş prosesləri ilə tanış olur, sahə müşahidələri və praktiki fəaliyyət vasitəsilə nəzəri biliklərini tətbiq edirlər.

İstehsalat təcrübəsi çərçivəsində tələbələr geoloji-kəşfiyyat işlərinin əsas mərhələlərini izləyir, sahədə məlumatların toplanması və ilkin təhlili prinsiplərini mənimsəyirlər. Eyni zamanda, onlar müasir geoloji yanaşmalar və proqram təminatları ilə işləmək bacarıqlarını inkişaf etdirir, əldə etdikləri nəticələri sistemləşdirərək gündəlik qeydlər və yekun hesabatlar formasında təqdim edirlər. Bu yanaşma beynəlxalq təcrübədə tətbiq olunan sahə hazırlığı modelinə uyğun olaraq tələbələrin müstəqil analiz və qərarvermə bacarıqlarının formalaşmasına xidmət edir.

Təcrübə müddətində tələbələrin fəaliyyəti həm Universitet, həm də şirkətin mütəxəssisləri tərəfindən daim nəzarətdə saxlanılır və istiqamətləndirilir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunması əsas prioritetlərdən hesab olunur.

Qeyd edək ki, istehsalat təcrübəsi Universitetlə şirkət arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və tələbələrin peşə hazırlığının mühüm mərhələsini təşkil edir.

 

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026