BDU tələbələri "AzerGold" QSC-nin “Çovdar” filiz emalı sahəsində

05/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti "AzerGold" QSC-nin “Çovdar” filiz emalı sahəsində tanıtım-təcrübə səyahətində olub.
Tanıtım BDU ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış 2022-2023-cü illər üzrə fəaliyyət planına müvafiq olaraq həyata keçirilib.  
Səyahətdə 7 nəfər professor-müəllim və 11 tələbə iştirak edib. Səyahət zamanı tələbə və əməkdaşlar “Çovdar” qızıl mədənində, filizlərin qırılması və aşındırılması meydançalarında, filiz və kern anbarlarında, həmçinin filiz emalı zavodunda olub, prosesləri izləyiblər. Yekunda tanıtım-təcrübə səyahəti ilə bağlı toplantı keçirilib. Toplantıda “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin baş mütəxəssisi Valid Əliyev, şirkətin aparıcı geoloq-mühəndisləri Məmmədağa Talıbov, Sultan Cəfərov, Ramil Şahməmmədov, fakültə dekanı Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, əməkdaşlardan isə Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Faydalı qazıntılar kafedrasının müəllimi Azər Hüseynov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026