BDU tələbələri “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar

27/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar.

Qeyd edək ki, müsabiqə qaliblərinin hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin QSC-də təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

“AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bu günədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrində təhsil alan 35 nəfər tələbəyə təqaüd verilib.

Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026