BDU tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri lokomotiv deposunda

22/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposuna səfər ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin müdiri Bəhruz Nəcəfov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi, mətbuatla iş və ekoloji maarifləndirmə sektorunun müdiri Rafiq Ədilov tərəfindən Biləcəri yeni lokomotiv deposunda həyata keçirilən innovativ yeniliklər göstərilib, müzakirələr formatında təqdimat edilib. Daha sonra BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Universitetdə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədris prosesi haqqında QSC əməkdaşlarını məlumatlandırıb.

Müzakirələr zamanı tələbələrə “Azərbaycan Dəmir Yolları” QSC-də ətraf mühitə zərərli təsirlərin minimallaşdırılması məqsədilə icra olunan tədbirlər barədə də ətraflı məlumat verilib. Həmçinin qeyd olunub ki, hazırda ölkənin polad magistralında sərnişinlər və yüklər əsasən elektrik dartı sistemində işləyən müasir hərəkət tərkibləri ilə daşınır ki, bu da ekoloji tarazlığın saxlanılmasına öz müsbət təsirini göstərir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və hədiyyələr təqdim edilib.

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”  

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
29/04/2026

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim
29/04/2026

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib
29/04/2026