BDU tələbələri Azərbaycan Geologiya Muzeyində

22/02/2022

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin bir qrup tələbəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyində olub.

Muzeyin direktoru Kəmalə İmamverdiyeva eksponatlar haqqında tələbələrə məlumat verib. Bildirib ki, muzey 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında Azərbaycan Geologiya İdarəsinin nəzdində təşkil edilib. Həmin tarixdən etibarən ölkə geoloqlarının elmi tədqiqat işləri zamanı tapdıqları müxtəlif daşlar sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə muzeyin strukturu müasir tələblər səviyyəsində yenidən qurulub. Əsaslı təmirdən sonra 2010-cu il dekabrın 25-də muzeyin açılışı keçirilib.

Muzeydə Azərbaycandan və dünyanın müxtəlif yerlərindən eksponatlar qorunur. Burada Antarktida, Sakit okean, Kola yarımadası, Uzaq Şərq, Afrika, Cənubi Amerikadan eksponatlar yer alıb. Bundan başqa, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə dünyanın müxtəlif zirvələrinə Azərbaycan-Antarktida, Azərbaycan-Afrika (Klimancaro) və Azərbaycan-Cənubi Amerika (Akonkaqua) elmi ekspedisiyaları təşkil edilib. Həmin yerlərdən əldə olunan daşlar da muzeydə nümayiş olunur.

Muzeyin əsas fəaliyyət istiqaməti geoloji-kəşfiyyat işlərinin təbliği və təşviqidir.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026