BDU tələbələri Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsində
11/03/2024
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Geologiya, Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsində olublar.
Təcrübə müddətində tələbələr müxtəlif regionlar üzrə istismar olunan faydalı qazıntılar haqqında məlumat əldə ediblər. Azərbaycan Geologiya Muzeyində ölkənin bütün bölgələrindən toplanmış 5 000-dən çox dağ süxuru, mineral və kristal nümunələri qorunur. Tələbələr ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələri ilə tanış olub, onların kimyəvi tərkibini öyrəniblər.


Xəbərlər
Milli qürur günümüz
Milli qürur günümüz
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
