BDU tələbələri Azərbaycan Milli Kitabxanası və “Akademkitab” MMC-də istehsalat təcrübəsindədirlər

11/03/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin IV kurs tələbələri Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında istehsalat təcrübəsindədirlər.

Fakültənin əyani təhsil alan 20 tələbəsi Kitabxananın icraçı direktoru Ədibə İsmayılovanın rəhbərliyi ilə müxtəlif şöbələrdə nəzəri bilikləri təcrübədə tətbiq edirlər. Onlar Milli Kitabxananın fəaliyyəti, strukturu, fondu, kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi və digər iş üsulları ilə yaxından tanış olurlar.

Kitabxananın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə Azərbaycan Milli Kitabxanasından istifadə qaydaları, kitabxanaya üzv olmaq üçün tələb olunan prosedurlar, oxuculara innovativ xidmət üsulları izah olunub. Eyni zamanda, tələbələr müasir dövrün tələbi kimi kitabxana tərəfindən həyata keçirilən onlayn xidmətlər, o cümlədən məsafədən sifariş xidmətinin təşkili, virtual biblioqrafik sorğu xidməti, metodiki xidmət və digər iş üsullarının birbaşa iştirakçısı olublar.

Fakültənin qiyabi təhsil alan V kurs tələbələri isə “Akademkitab” MMC-də istehsalat təcrübəsi keçirilər.

Xəbərlər

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026