BDU tələbələri Azərbaycanda nadir növlərin mühafizəsi ilə bağlı məlumatlandırılıb

01/05/2023

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinə “Azərbaycanda nadir növlərin mühafizəsi və bərpası” mövzusunda mühazirə oxuyub.

O qeyd edib ki, Azərbaycan Qafqaz ekoregionunun bir parçası kimi zəngin biomüxtəlifliyə malikdir. Biomüxtəlifliyin bu cür zəngin olması coğrafi mövqe və landşaft müxtəlifliyindən irəli gəlir. Azərbaycanda Xəzər dənizi sahili boyunca milyonlarla quş növü ənənəvi yaz-payız köçü edir, onlardan bir çoxu ölkəmizdə qışlamaya qalır. Bütün bu zənginliyin qorunması üçün respublikamızda Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri şəbəkəsi mövcuddur. Son 20 ildə bu şəbəkənin ümumi ərazisi 2 dəfə genişlənib, 10 milli park yaradılıb. Bu ay Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü nəşri işıq üzü görəcək.

Bir sıra nadir növlərin bərpası üçün beynəlxalq layihələr icra olunur. Ceyranların tarixi arealının bərpası məqsədilə reintroduksiya tədbirləri həyata keçirilir.

Elşad Əsgərov çöl ekspedisiyaları zamanı istifadə olunan foto-tələlərdən və GPS xaltalardan da bəhs edib. Bildirib ki, həmin müasir avadanlıqların heyvanların miqrasiya trayektoriyasının müəyyənləşdirilməsində böyük rolu var. Aparılan monitorinqlər sayəsində Naxçıvan ərazisində bir sıra heyvan növlərinin sayında artım müşahidə olunub. Bu isə Naxçıvan Muxtar Respublikasının ərazisində heyvanların qanunsuz ovlanmasına qadağa qoyulması, bitki örtüyünün artması və təbiətə göstərilən qayğı sayəsində mümkün olub. Dağ keçisi və muflonların təbii artımı burada yaşayan bəbirlərdə də nəsil artımının müşahidə olunmasına səbəb olub.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş
16/06/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib
16/06/2026

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub
16/06/2026