BDU tələbələri “Bakı marafonu 2024”ün xüsusi medalları ilə təltif olunublar

06/05/2024

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024”də iştirak ediblər.

“Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 500 nəfərdən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda BDU tələbələri aktiv iştirak edərək, finiş xəttinə çatıblar. Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı marafonu 2024”ün xüsusi medalları ilə təltif olunublar.

2016-cı ildən təşkil edilən “Bakı marafonu” idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Yeddinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026