BDU tələbələri Bakı Zooloji Parkında

18/03/2025

Bakı Dövlət Universitetinin "BDU könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə tələbələrin Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı tələbələrə Azərbaycanın "Qırmızı kitab"ına daxil olan, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, reintroduksiya proqramı haqqında məlumat verilib. Tələbələr digər ölkələrin unikal fauna nümunələri ilə də tanış olublar.

Qeyd edək ki, Bakı Zooloji Parkı 1928-ci ildən fəaliyyət göstərir. 2017-ci ildə "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin (IDEA)  təşəbbüsü ilə Zooloji Parkda əsaslı yenidənqurma işləri başlayıb və 2021-ci ildə parkın açılışı olub. Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb. Hazırda burada 125 növ heyvan saxlanılır. Onların 22 növü “Qırmızı kitab”a daxil edilib. Zooparkın akvaterrariumunda 62 növ heyvan saxlanılır. Parkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.

 

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025