BDU tələbələri Bakı Zooloji Parkında elmi seminar keçiriblər

04/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Quşların ekosistemdə rolu” adlı elmi seminarını fərqli formatda Bakı Zooloji Parkında keçirib.

Seminarda II kurs tələbəsi Səma Vəliyeva quşların ekosistemdə rolundan və mühafizəsinin vacibliyindən danışıb. Bildirib ki, hazırda Yer kürəsində 9800-dən artıq quş növü yaşayır, onlar öz quruluşu, həyat tərzi, qidası və artımına görə dəstələrə bölünür. Azərbaycanda isə mövcud olan 400 quş növü 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40%-i oturaq növ olmaqla, Azərbaycanda il ərzində müşahidə edilir, 27%-i qışlayan, 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. 36 növ quş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilib. Quşlar təbiətin bəzəyi olmaqla yanaşı, ekosistemin qoruyucuları rolunda çıxış edirlər.

Fakültənin II kurs magistrantı Ramil Həsənov isə Abşeron göllərində (Bülbülə və Kürdəxanı) apardığı tədqiqat işi üzrə geniş təqdimatla çıxış edib.O bildirib ki, tədqiqat nəticəsində ərazidə ümumilikdə 73 növ quş qeydə alınıb ki, onlardan 9-u Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinə daxil edilib. 4 növ isə Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) “Qırmızı siyahı”sına daxildir.

Daha sonra seminar iştirakçıları Bakı Zooloji Parkının ərazisində mühafizə olunan quş növlərini canlı müşahidə ediblər.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026