BDU tələbələri Bakı Zooloji Parkında istehsalat təcrübəsində

27/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisasının ingilis bölməsi üzrə IV kurs tələbələri Bakı Zooloji Parkında istehsalat təcrübəsindədirlər.

Tələbələr təcrübə dövründə akvaterrarium, maarifləndirmə, məməlilər və quşlar üzrə bölmələrdə Zooloji Parkın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Tələbələr heyvanların etologiya, biologiya, ekologiyası, həyat tərzi ilə yaxından tanış olub, onlara qulluq edib, videoçəkilişlər aparıblar. Həmçinin biomüxtəlifliyin qorunmasının təşkili ilə bağlı tədbirlərə qoşulub, Zooloji Park ərazisində ziyarətçilərə bələdçilik ediblər.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026