BDU tələbələri Beşbarmaq dar boğazında quşların miqrasiyasını müşahidə ediblər

21/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri Xəzərin şimal-şərq sahilində yerləşən Beşbarmaq dar boğazında quşların miqrasiyasını müşahidə ediblər. Ekskursiyada Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev, dosent Sevinc Hümbətova, fakültə Tələbə Elmi Cəmiyyətinin üzvləri və “Təbiətin harmoniyası” klubunun üzvləri iştirak ediblər.

“Birding of Azerbaijan” qrupunun təşkilatçılığı ilə keçirilən ekskursiya tələbələrdə böyük maraq oyadıb. Tələbələr ölkəmizdə quşların miqrasiyasını izləmək üçün Niderlanddan gəlmiş könüllü quş müşahidəçilərinin tətbiq etdiyi metodlarla yaxından tanış olublar.

Müşahidələr zamanı 20-yə yaxın növə aid minlərlə quş fərdi (sığırçınlar, su-bataqlıq quşlarının müxtəlif növləri, o cümlədən vağlar, qarabatdaqlar, fərqli cüllütkimilər, qızılquşkimilər) qeydə alınıb.

Tələbələr “Birding of Azerbaijan” qrupu tərəfindən nəqliyyat, teleskop və binokllarla təmin ediliblər. Tələbələrə müxtəlif proqram təminatlarının və tətbiqlərin təyinetmədə istifadəsi nümayiş olunub. Toplanan məlumatlar dəqiq nəticələr şəklində trektellen.org platformasında qeyd edilib. 




Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026