BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər

25/10/2018

Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 136 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin yaradıcı gəncləri tərəfindən H.Cavidin “İblis” və “Ana” əsərlərinin sintezindən hazırlanan “İblisanə” kompozisiyası səhnələşdirilib.

“Səssizliyin gurultusu” layihəsi çərçivəsində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutan tədbiri açan THİK sədri dosent Daşqın Qənbərov böyük ədibin ömür yolu və yaradıcılığı haqqında məlumat verib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Hüseyn Cavidin nəşi Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib, 1996-cı ildə onun  məqbərəsi tikilib, Bakıda ev-muzeyi açılıb. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Cavid irsinin tədqiq və təbliği istiqamətində dəfələrlə sərəncamlar imzalayıb.

Daha sonra “İblisanə” tamaşası təqdim edilib. Sonda tamaşanı təqdim edən tələbə komadası BDU THİK tərəfindən diplomlarla mükafatlandırılıb.

Mətbuat və informasiya şöbəsi, 25 oktyabr 2018-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026