BDU tələbələri Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər

25/06/2023

Ali məktəb tələbələri arasında 31 iyul-06 avqust 2023-cü il tarixlərində Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadası keçiriləcək. Olimpiadada iştirak etmək üçün Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professor Rəşid  Əliyevin rəhbərliyi ilə III kurs tələbələri Amil Cəbiyev, Vüqar Quliyev və II kurs tələbəsi Coşqun Məmmədov Bolqarıstanın Blaqoevqrad şəhərinə ezam olunacaqlar.

Builki yarışda BDU-nu təmsil edəcək tələbələr Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il may ayının 24-də Ümummilli Lider Heydər Əliyevin 100  illik yubileyinə həsr olunmuş tələbələr arasında  Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibləri  olubar. Yarışda Amil Cəbiyev I, Vüqar Quliyev və Coşqun Məmmədov isə II yerləri tutublar.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026