BDU-da “Tələbəlikdən HR-a addımla” təlim proqramı uğurla başa çatıb

05/11/2025

“BDU könüllüləri” təşkilatının və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Tələbəlikdən HR-a addımla” adlı təlim proqramı uğurla başa çatıb.

İki günlük təlim sessiyasından ibarət proqramın təlimçisi, ekspert Sevinc Nağıyeva iştirakçılara həm nəzəri, həm də praktiki bilikləri interaktiv formada çatdırıb.

Proqramın birinci günü iştirakçılara insan resursları sahəsinin əsas istiqamətləri, HR mütəxəssisinin fəaliyyət prinsipləri, CV-nin düzgün tərtibi qaydaları və iş müsahibəsində diqqət edilməli məqamlar haqqında ətraflı məlumat verilib. Təlimçi həmçinin, tələbələrin fərdi potensiallarını tanıması, özünüifadə və ünsiyyət bacarıqlarının inkişafı mövzularında faydalı tövsiyələr verib.

Praktiki şəkildə davam edən proqramın ikinci günündə iştirakçılar öyrəndiklərini real vəziyyətlər üzərində tətbiq ediblər. Qrup işləri, interaktiv tapşırıqlar və komanda canlandırmaları vasitəsilə tələbələr HR sahəsində qarşılaşa biləcəkləri situasiyaları təcrübədən keçirmək imkanı qazanıblar.

Proqramın sonunda təlimləri uğurlu başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026