BDU tələbələri "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsində startaplarını təqdim ediblər

07/10/2025

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi həyata keçirilir. Layihənin məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi ilə süni intellektin istifadəsini təşviq etməkdir.

Layihə çərçivəsində nazirliyin, ali təhsil müəssisələrinin nümayəndələri, akselerasiya və inkubasiya mərkəzlərinin iştirakı ilə startapçılarla görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Qurbanəli Feyzullayev, Ləman İmanzadə, Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Nigar İsgəndərova “AgroScan” adlı layihələrini tədbir iştirakçılarına təqdim edib, onların suallarını cavablandırıblar.

“AgroScan” layihəsi kənd təsərrüfatında bitkilərin sağlamlığı və torpağın vəziyyətinin izlənməsi üçün süni intellekt əsaslı hiperspektral analiz texnologiyasından istifadə edən innovativ sistemdir. Layihə hiperspektral görüntüləri emal edərək su stresi, xəstəlik və məhsuldarlıq göstəricilərini erkən mərhələdə təhlil edir, nəticələr isə mobil tətbiq vasitəsilə fermerə təqdim olunur. Bu həll fermerlərə resurslardan səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və ekoloji baxımdan davamlı kənd təsərrüfatına töhfə verməyə şərait yaradır.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026