BDU tələbələri DSMF-nin fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

23/10/2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnsan resursları şöbəsinin müdiri Telli Xəlilovanın Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasında təhsil alan IV kurs tələbələri ilə görüşü keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə  BDU arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən görüş zamanı tələbələrə ölkədə sosial təminat sisteminin əsas istiqamətləri, pensiya və sosial müavinətlərin növləri, hesablanma qaydası barədə ətraflı məlumat verilib.

Tədbirdə karyera planlaması, əmək bazarında peşəkar inkişaf imkanları və CV-nin düzgün hazırlanması mövzularında praktiki tövsiyələr də səsləndirilib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026