BDU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının qrup tapşırıqları mərhələsində

30/06/2022

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə keçirilməsi nəzərdə tutulan Yay Təcrübə Proqramına hazırlıqlar davam edir. Proqramda iştirak üçün tələbələr arasında seçimlərlə bağlı Bakı və Mingəçevir şəhərlərində qrup tapşırıqları mərhələsi keçirilib. Bu mərhələdə paytaxt və regionlarda yerləşən ali təhsil müəssisələrinin 160-dək tələbəsi iştirak edib. BDU tələbələri də onların arasındadır.

Qrup tapşırıqları dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindən biri olan işğaldan azad edilmiş ərazilərə böyük qayıdış, burada aparılan tikinti-quruculuq işləri üzrə mövzuları əhatə edib. Dövlət Vergi Xidmətinin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində bu mövzularda müxtəlif tapşırıq və məsələləri həll etmək, ortaya çıxan suallara aydınlıq gətirməklə həlli yollarını tapmaq və s. bağlı bilik və bacarıqları yoxlanılıb.

Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsində iştirak edəcəklər.

Qeyd edək ki, Dövlət Vergi Xidmətində təşkil olunacaq ilk Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən innovativ inkişaf proqramıdır. Layihə tələbələrin şəxsi keyfiyyətlərinin artırılması və  karyera yollarında istiqamətlənməsinə yardımçı olacaq. İki hissədən ibarət Yay Təcrübə Proqramının iyulun 15-dən sentyabrın 2-dək keçirilməsi nəzərdə tutulur.

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”  

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
29/04/2026

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim
29/04/2026

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib
29/04/2026